Xəbər lenti

Rusiyanın xüsusi təyinatları azərbaycanlılara basqın etdi – FOTOLAR
Dünya10:23 01.11.2013

Rusiyanın xüsusi təyinatları azərbaycanlılara basqın etdi – FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Ofislərimiz dağıdılıb, xeyli sənəd və seyflərdəki pul götürülüb”.

Rusiyanın Sankt-Peterburq şəhərində OMON qüvvələri azərbaycanlıların da çalışdığı və Sofiyskaya küçəsində yerləşən “NART” meyvə-tərəvəz bazasına basqın edib.

Qaynar.info Lent.az istinadən xəbər verir ki, bazada çalışan həmvətənlərimizin verdiyi məlumata görə, basqında OMON-la yanaşı digər hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edib.

Basqın zamanı bazadakı bəzi anbarların ofisləri dağıdılıb, xeyli sənəd və seyflərdəki pul götürülüb. Onlarla qafqazlı və orta asiyalı işçi saxlanılıb.

Həmvətənlərimiz bildirirlər ki, hüquq-mühafizə orqanları əməkdaşları basqını bazanın 80 milyon rubl dəyərində əlavə dəyər vergisindən yayınması ilə izah ediblər.

Dağıdılan ofislərin əksəriyyəti də məhz azərbaycanlılara məxsus olub.

Qaynar.info