Xəbər lenti

Rusiyaya böyük zərbə: Ukrayna qaz tranzitini dayandırdı - Ekspert
Dünya08:58 12.05.2022

Rusiyaya böyük zərbə: Ukrayna qaz tranzitini dayandırdı - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyev "qaz diplomatiyası”nda  Moskvaya daha bir zərbə vurdu. Belə ki, çərşənbə axşamı "Naftoqaz Ukrayna” şirkəti artıq Rusiya qazının nəzarət olunmayan ərazilərə nəqlinə görə məsuliyyət daşımadığını bəyan edərək, bu hissədən qaz nəqlini dayandırıb. Nəticədə Ukraynanın HTS Operatoru mayın 11-dən Rusiya qoşunlarının işğalı altında olan Soxranovka GİS və Novopskov kompressor stansiyasından "fors-major” situasiyaya görə tranziti dayandırdğını bildirib. 
Kiyevin bu addımı nəyə hesablanıb və Avropaya problem yarada bilərmi? Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Ukraynanın bu addımıın məntiqli olduğunu qənaətindədir:
"Ukraynanın atdığı bu addım başa düşüləndir. Çünki Luqanski ərazisi tərəfdən hərbi əməliyyatlar nəticəsində rus qoşunlarının işğal etdiyi ərazilər artıq Kiyevin nəzarətində deyil. Burada qaz kompressor stansiyası və qaz istilik stansiyası mövcuddur. Belə olan halda Kiyev təhlükəsiz şəraitdə onu istismarını, texniki təminatını həyata keçirə bilmir.  Həmin ərazidən gündəlik 32 milyon kubmetr qaz ötürülürdü. Bütövlükdə isə Rusiya Ukrayna ərazisindən Qərbə gündəlik 109 milyon kubmetr qaz ötürürdü. Belə  baxanda üçdə biri qədərdir. Ukrayna həmin həcmin indi başqa xətlərə köçürülməsini istəyir. Həmin ərazidən keçən qaz Mərkəzi Avropaya gedir. Rusiya bu fonda həmin yerlərdən göndərilən qazı ancaq Ukrayna ərazisində olan digər kəmərlərə keçirə bilər”. 
Ekspertin sözlərinə görə yaranmış vəziyyət istər-istəməz bazar üçün əlavə gərginlik yaradır. Eyni zamanda, İ.Şaban düşünür ki, Kiyevin addımı Qərbin Rusiya qazından imtina prosesini sürətləndirəcək:
"Başqa kəmərlər vasitəsilə qazın həcmi artırılmasa, deməli Qərbin aldığı rus qazının həcmi birmənalı olaraq azalacaq. Nə az, nə çox həcm 25 faizə qədər azalacaq. Digər tərəfdən, bununla Rusiya 6-cı paket sanksiyalar ərəfəsində faktiki olaraq özü-özünü zərbə altına qoyur və Qərbə fürsət verir. Qərb bu fonda Rusiya qazından imtinanı daha da sürətləndirəcək”.
Rüfət Sultan