Xəbər lenti

Rusiyaya etiraz notası verildi - Diplomatik qalmaqal
Dünya15:49 14.02.2017

Rusiyaya etiraz notası verildi - Diplomatik qalmaqal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiya hökuməti hər iki ölkənin iddia etdiyi Kuril adalarının 5-nə adların verilməsi ilə bağlı Rusiyaya rəsmən etiraz bildirib.

Qaynarinfo.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib.

"Bu, Yaponiyanın mövqeyinə zidd və qəbuledilməzdir. Biz diplomatik kanallar vasitəsilə Rusiyaya etiraz notası təqdim etmişik", - deyə Suqa vurğulayıb.

Qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medvedev Kuril adalarına adların verilməsi barədə sərəncam imzalayıb. 

Adalar üzərində nəzarət İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqına keçib.

Qaynarinfo.Az