Xəbər lenti

Rusiyaya gedənləri bundan sonra nə gözləyir? – Yeni qanun
Dünya12:40 11.09.2020

Rusiyaya gedənləri bundan sonra nə gözləyir? – Yeni qanun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyində yeni islahat hazırlamağa başlayıb. 
Qaynarinfo "Kommersant"a istinadla xəbər verir ki, yeni qanun layihəsi sənədlərin elektron formaya çevrilməsinə yönəlib. Hər şeydən əvvəl, bütün miqrantların barmaq izlərinin götürülməsi planlaşdırılır.
Bütün dəyişikliklər "Rusiya Federasiyasındakı xarici vətəndaşların hüquqi statusu haqqında" qanunun yeni redaksiyasına daxil ediləcək. 
Barmaq izlərini təqdim etməklə yanaşı, miqrantlardan fotoşəkil çəkdirməsi, tibbi sertifikatlaşdırma və ID kart alması tələb olunur. Qanun layihəsindəki problem ondan ibarətdir ki, sərhəddə barmaq izlərini götürmək üçün mütləq bütün postlarda, bəzilərində, hətta bir xeyli sayda uyğun avadanlıq quraşdırmaq lazım gələcək.
Alpər