Qərbin İsrailin Qəzza zolağına hücumlarına verdiyi dəstək Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləmək üçün əsas inkişaf etməkdə olan ölkələrlə konsensus əldə etmək səylərini sarsıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” rəsmilərə və diplomatlara istinadən
yazır.
İnkişaf etməkdə olan ölkələr ABŞ və Aİ-ni ikiüzlülükdə günahlandırıblar, çünki Qərbin HƏMAS hücumuna cavabı və İsrailin Qəzza zolağına zərbələri Rusiyanı beynəlxalq hüququ pozan qlobal "pariya” kimi təsvir etmək üçün aylarla davam edən işi pozub.
HƏMAS hücumunu pisləməyə və İsraili dəstəkləməyə "tələsdikcə” Qərb rəsmilərini 2,3 milyon fələstinlinin maraqlarını qorumamaqda günahlandırılıblar.
Bəzi Qərb diplomatları ABŞ-ın Qəzza zolağına tam qüvvə ilə hücum etməsi üçün İsrailə kart-blanş verməsindən narahatdırlar.
Ondan çox məmur, Hindistan, Braziliya və Cənubi Afrika kimi Qlobal Cənubun aparıcı dövlətlərlə qaydalara əsaslanan qlobal düzənin qorunması zərurəti ilə bağlı konsensus yaratmaq səylərini pozduğunu söyləyib.
Rəsmilərin sözlərinə görə, mənfi reaksiya inkişaf etməkdə olan ölkələrin İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini gücləndirib. Onlar xəbərdarlıq ediblər ki, bu, Ukrayna ilə bağlı gələcək diplomatik səyləri poza bilər.
"Biz Qlobal Cənubda döyüşü konkret uduzduq... Qlobal Cənubla [Ukrayna ilə bağlı] gördüyümüz bütün işlər itirildi... Qaydaları unudun, dünya düzənini unudun. Onlar bizi bir daha heç vaxt dinləməyəcəklər”, - G7 ölkələrindən olan yüksək səviyyəli diplomatlardan biri deyib.
FT yazır ki, bir çox inkişaf etməkdə olan ölkələr Fələstinə öz müqəddəratını təyinetmə prizmasından baxaraq onu dəstəkləyir və İsrailin ən mühüm sponsoru olan ABŞ-ın qlobal hökmranlığına qarşı mübarizə aparır.
Qeyd olunur ki, Yaxın Şərqdəki ərəb ölkələri ABŞ və digər Qərb dövlətlərinin heç vaxt İsraili fələstinlilərə münasibətinə görə məsuliyyətə cəlb etmirlər və Suriya, Yəmən və Liviyadakı münaqişələrə lazımi diqqət yetirmirlər. Eyni zamanda, Rusiya və Çin fələstinlilərlə isti münasibətlər qurur.
"Ukrayna haqqında dediklərimiz Qəzzaya aid edilməlidir. Əks halda biz etibarımızı tamamilə itiririk... Braziliyalılar, cənubi afrikalılar, indoneziyalılar insan haqları haqqında dediklərimizə niyə inanmalıdırlar?” - G7-nin yüksək vəzifəli diplomatı əlavə edib.
HƏMAS-ın İsrailə hücumundan dörd həftə əvvəl ABŞ, Aİ və onların Qərb müttəfiqlərinin liderləri Yeni Dehlidə keçirilən G20 sammitində iştirak edərək, BMT nizamnaməsinə və beynəlxalq hüquqa hörməti qorumaq naminə inkişaf etməkdə olan ölkələrdən Rusiyanın Ukraynada dinc sakinlərə hücumlarını pisləməyi xahiş ediblər.
Ötən bazar günündən bu yana bu məmurların çoxu Financial Times-a bildiriblər ki, onlara İsrailin Qəzza zolağına hücumunu və orada su, elektrik və qaz tədarükünü məhdudlaşdırmaq qərarını pisləmək tələblərini eyni arqumentlə əsaslandırıblar.
Son günlər Rusiya BMT Təhlükəsizlik Şurasının İsrail-Fələstin münaqişəsində mülki şəxslərə qarşı zorakılığı pisləyən qətnaməsini HƏMAS-ı xüsusi qeyd etmədən qəbul etməyə çalışıb. Yalnız dörd ölkə onu dəstəkləyib, yəni Təhlükəsizlik Şurası qətnaməni rədd edib.
Bununla belə, Qərb diplomatları Rusiyanın düzəliş edilmiş qətnaməsinin qəbulu üçün lazım olan doqquz səs ala biləcəyindən narahatdırlar. O zaman ABŞ, Böyük Britaniya və ya Fransa veto qoya bilər, bu da "Rusiya təbliğatının qələbəsini təmin edir”.
Yüksək rütbəli qərb diplomatı deyib ki, bu səbəbdən BMT Baş Assambleyasının növbəti sessiyasında Ukraynaya dəstək üçün səsvermə zamanı "biz çoxlu sayda bitərəflərin şahidi olacağıq”.
"Demək istəyirəm ki, səmimi olaq. Bu, Rusiyaya göydən düşmə bir hədiyyədir... Məncə, baş verənlər ziyan verir... çünki Rusiya böhrandan istifadə edib deyir: "Baxın, İkinci dünya müharibəsindən sonra qurulan qlobal düzən sizin üçün işləmir” və Yaxın Şərqin və ya ərəb dünyasındakı 1 milyard insana müraciət edir”, - Aİ-nin yüksək səviyyəli rəsmisi bildirib.
Ərəb ölkələrinin, xüsusilə İordaniya və Misirin Qəzza zolağında mülki əhalinin qorunmasına diqqəti artırmaları üçün Qərb rəsmilərinə təzyiq etdiyi bildirilir.
"Əgər siz Ukraynada su, qida və elektrik enerjisinin kəsilməsini müharibə cinayəti kimi qələmə verirsinizsə, o zaman Qəzza haqqında da eyni sözləri deməlisiniz”, - deyə ərəb rəsmilərindən biri bildirib.
"Yeni Dehli, Cakarta və Braziliya bu məsələlərdə ortaq mövqe və ardıcıllıq görmək istəyir. Əgər onlar bunu görmürlərsə... o zaman əsas qlobal məsələlərdə Aİ, G7, NATO-nun ciddi qəbul edilməyəcəyi təhlükəsi var”, - o əlavə edib.
Cümə günü oktyabrın 20-də Ağ Evdə Bayden, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ-nin 27 liderini təmsil edəcək Aİ Şurasının sədri Şarl Mişel arasında keçirilən zirvə görüşündən Aİ və ABŞ diplomatları da yararlanacaqlar.
"Avropa burada bir xətti tutmalıdır... Əvvəlcə biz haradasa çaşqınlıq içində idik, lakin məncə, biz indi fundamental hüquqların müdafiəsi və hər iki tərəfi görməyimizə əmin olmaq baxımından daha yaxşı əlaqələndirilmişik", - xarici işlər nazirlərindən biri deyib.
Nizami Bağırov