Xəbər lenti

Rusiyaya görə Ərdoğana sərt sözlər
Dünya16:40 28.06.2016

Rusiyaya görə Ərdoğana sərt sözlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Öncə aslan kimi kükrəyirlər, indi isə pişik kimi miyoldayırlar.”
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu  Ərdoğanın Rusiyadan üzr istəməsinə qarşı çıxıb. ANS TV-nin məlumatına görə, partiya lideri Ərdoğanın bu addımını sərt şəkildə tənqid edib.
 "Ərdoğan Putinə məktub göndərib, Türkiyə Cümhuriyyəti adından üzr istəyib. Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?! Türkiyəni təmsil edirsənsə, otur adam kimi təmsil et! Sən qüsura baxma Türkiyə Cümhuriyyətini təmsil edə bilməzsən! Rusiyadan üzr istəyə bilməzsən, buna haqqın yoxdur. Sərhədimizi kim pozdu? Ruslar. Ərdoğan “üzr istəməli olan tərəf Rusiyadır” demişdi. Bir də gördük ki, Rusiyadan üzr istəyirlər. Bunların apardığı xarici siyasət budur! Öncə aslan kimi kükrəyirlər, indi isə pişik kimi miyoldayırlar”, - deyə Klıçdaroğlu sərt şəkildə çıxış edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 27-də Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayaraq vurulan "Su-24" təyyarəsinə görə üzrxahlıq edib və Moskva ilə Ankaranın strateji tərəfdaş olduğunu bildirib.
"Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüflənirəm. Həyatını itirən rus pilotun ailəsinə bir daha kədərlərini paylaşdığımı, başsağlığı vermək istədiyimi bildirmək istəyirəm, inciməsinlər", - deyə məktubda bildirilir.
Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə "Su-24" rus təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətləri soyumuşdu. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranmışdı. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış etmişdilər.
İnsidentdən sonra Rusiya Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tədbiq edib, təktərəfli viza sistemini bərpa edib. 
Qaynarinfo.az