Xəbər lenti

Rusiyaya hücum edən rus diversantlar ABŞ texnikasını necə əldə edib?
Dünya06:12 25.05.2023

Rusiyaya hücum edən rus diversantlar ABŞ texnikasını necə əldə edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna hakimiyyəti Belqorod vilayətinə daxil olan diversantların Amerika hərbi texnikasını haradan əldə etdiklərini bilmir. 
Qaynarinfo xəbər verir ki, bu barədə Politico Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Çernyaka istinadən yazır. 
Çernyak vurğulayıb ki, "hər bir güllə təkcə Ukrayna hakimiyyəti tərəfindən deyil, həm də "Qərb müttəfiqləri” tərəfindən izlənilir və silah "yalnız Ukrayna ordusu tərəfindən istifadə olunur”.
Xatırladaq ki, təxribatçıların Belqorod vilayətinin Qrayvoronski şəhər rayonuna hücumu mayın 22-də başlayıb, bir neçə kənd ələ keçirilib. Ertəsi gün Rusiya Müdafiə Nazirliyi diversantların məğlubiyyətini və 70-nin öldürüldüyünü, ABŞ hərbi texnikasının məhv edildiyini elan edib. Financial Times yazıb ki, video və fotolarda təxribatçıların avadanlığı kimi göstərilən avadanlıqlar arasında Amerika maşınlarını, məsələn, MaxxPro zirehli transportyorlarını və Humvee yük furqonlarını görmək olar. Oxşar maşınlar Amerikanın Kiyevə hərbi yardım paketlərinə daxil edilib.
Çərşənbə günü Ağ Ev rəsmisi Vaşinqtonun Rusiyaya qarşı reydlərdə ABŞ hərbi texnikasının istifadəsi ilə bağlı xəbərləri araşdırdığını və Ukraynanı və Ukraynayönlü qüvvələrin Rusiyaya hücum etmək üçün ABŞ texnikasından istifadə etməməsi barədə xəbərdarlıq etdiyini bildirib.
Ukrayna tərəfdarı olan iki Rusiya yarımhərbi qruplaşması bazar ertəsi Rusiyanın Belqorod vilayətinə Ukrayna ərazisindən müdaxilə edərək, bir neçə kiçik kəndi ələ keçirilməsində məsuliyyəti öz üzərinə götürüb. 
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə günü deyib ki, Ağ Ev "ABŞ texnikası və maşınlarının mümkün iştirakı ilə bağlı hesabatları araşdırır" və Vaşinqtonun bundan təəssüfləndiyini bildirir.
Alpər