Kreml onlara qarşı sanksiyaların qlobal iqtisadiyyata zərbə vuracağını və qlobal böhrana səbəb ola biləcəyini bildirib.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiyanın ABŞ və Avropa İttifaqının əlavə sanksiyaları aktiv şəkildə nəzərdən keçirməsindən xəbərdar olduğunu deyib.
"Bu, yalnız qlobal iqtisadi böhrana doğru meyllərin artmasına səbəb ola bilər", deyə Peskov bildirib və Rusiyanın "aqressiv NATO bloku" ilə üzləşdiyini bir daha bəyan edib.
Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, Ukraynanın müttəfiqləri Rusiyaya ixracın əksəriyyətinə tam qadağa qoyulmasını müzakirə edirlər. İdeyanın həyata keçirilməsinə qərar verilərsə, dərmanlar və kənd təsərrüfatı məhsulları da daxil ola biləcək istisnaların siyahısı tərtib ediləcək.
Nəşr qeyd edir ki, bu qərar qızğın müzakirələrə səbəb olacaq, çünki bir sıra şirkətlər hələ də öz mallarını Rusiyaya ixrac edirlər.
Aydın