Rusiyaya pilotsuz uçuş aparatlarının satışı ilə bağlı razılaşma İranı dronların ixracatçısına çevirmək üçün ilk mühüm addımdır.
Qaynarinfo bu arədə "Forbes"ə istinadən xəbər
verir.
"Forbes" yazır ki, ucuzluğuna görə İranın pilotsuz təyyarələri bütün dünyada hökumətlər və rejimlər üçün sərfəli variantdır.
Vurğulanır ki, Ağ Ev Rusiyanın İran pilotsuz uçu. aparatlarını əldə etməkdə maraqlı olması və Rusiya rəsmilərinin iyun ayında İrana iki dəfə müxtəlif modellərə, o cümlədən Şahed-191 və Şahed-129-a baxmaq üçün səfər etməsi iddia edib.
Həmçinin ABŞ rəsmiləri dəfələrlə İranın yüzdən çox qabaqcıl pilotsuz təyyarəsinin Ukrayna müharibəsində istifadə üçün Rusiyaya satılacağından narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, İraqın Haşd əş-Şaabi, Yəmənin Ənsarullah, Livan Hizbullahı kimi hərbi qruplaşmaları tərəfindən İrana məxsus pilotsuz təyyarələrin geniş şəkildə istifadə edilməsi ilə bağlı çoxlu məlumatlar var.
Aydın