
Rusiya böyük beynəlxalq yarışlardan kənarda qala bilər.
ANN.Az-ın verdiyi xəbərə görə, "Bild" qəzeti yazır ki, Avropa Birliyi Ukraynada baş verən böhrana görə Rusiyanı bütün böyük beynəlxalq yarışlardan məhrum edə bilər.
Avropa Birliyi səfirlərinin görüşündəki gizli protokollarda Rusiyanı 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatından, Soçidə keçiriləcək "Formula 1" Qran-piri etapından, 2016-cı il xokkey üzrə dünya çempionatından və 2015-ci ildə keçiriləcək su idman növləri üzrə dünya çempionatından məhrum etmək məsələləri qaldırılıb. Bu sanksiyalar artıq 23 sentyabrda öz əksini tapa bilər.
Qaynar.info