Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, iyunun əvvəli ilə müqayisədə Ukrayna Silahlı Qüvvələrinin sıralarında gündəlik itkilər 3 dəfə azalıb.
Qaynarinfo-nun məlumatlna görə, Podolyak BBC-yə müsahibəsində bildirib ki, hazırda Ukrayna gündə təxminən 30-50 əsgər itirir, iyunun əvvəlində isə bu rəqəmlər 100-200 əsgər
olub.
"Düşünürəm ki, rəqəmlər bundan 2,5-3 dəfə azalıb", deyə Podolyak bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Baş Qərargah daha dəqiq məlumat verə bilər.
Podolyak bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin ağır itkiləri müharibənin ikinci mərhələsinə keçidlə bağlı olub.
"Mövqelərimiz müxtəlif çaplı mərmilərlə sözün əsl mənasında bombardman edildiyi zaman böyük artilleriya mövqe müharibəsi başladı və bu, təbii ki, itkilərimizin sayını artırdı. Ancaq bu gün itkilərin sayı azalır, birincisi, ona görə ki, bizim reaktiv yaylım atəş sistemlərimiz Rusiya ordusunun logistika mərkəzlərində çox səmərəli işləyir. İkincisi, Rusiya ordusu bütün cəbhə xətti boyunca yenidən qruplaşır. Üçüncüsü, bizimkilər artıq Rusiya ordusunun taktikasına uyğunlaşıb və özlərini daha mobil, daha effektiv müdafiə edirlər”.
Nizami Bağırov