Xəbər lenti

Ruslar casusluq üçün Ronaldodan istifadə edib - İnanılmaz olay 14 il sonra üzə çıxdı
Dünya 16:59 19.03.2025

Ruslar casusluq üçün Ronaldodan istifadə edib - İnanılmaz olay 14 il sonra üzə çıxdı

2011-ci ildə Almaniyada casusluq ittihamı ilə həbs edilən rus casuslarının Kremlinlə gizli mesajlaşma üçün Kriştiano Ronaldonun "YouTube" videolarını istifadə etdiyi məlum olub.

Qaynarinfo xəbər verir ki, bu inanılmaz hadisə sıradan bir ailə kimi görünən casus cütlüyünün ifşa olunması ilə üzə çıxıb. 

Andreas və Haydrun Anşlaq adlı casuslar Almaniyanın Marburq şəhərində yaşayır, qonşularına Cənubi Amerikadan gəldiklərini deyiblər. Andreas avtomobil şirkətində mühəndis kimi işləyib, Haydrun isə qızlarını böyüdüb.

Lakin onların saxta Avstriya pasportlarından istifadə etdikləri və 23 il ərzində Rusiyaya casusluq etdikləri ortaya çıxıb. Sovet İttifaqı dövründən etibarən Qərb ölkələri, NATO və BMT daxil olmaqla minlərlə məxfi məlumatı Kremlə ötürdükləri müəyyən edilib.

Casuslar uzun illər KQB-nin (indiki Rusiya Xarici Kəşfiyyat Xidməti) təlimatları əsasında radio siqnalları və peyklərdən istifadə ediblər. Lakin internetin yüksəlişi ilə yeni ünsiyyət üsulları axtarmağa başlayıblar.

2011-ci ildə "YouTube"da "@Aplenkuh1" adlı hesab yaradıblar, Kremlin isə "@crsitanofootballer" adlı bir hesab açdığı ortaya çıxıb. Casuslar həmin vaxt "Real Madrid"də oynayan Kriştiano Ronaldonun futbol videolarının şərh bölməsini mesajlaşma vasitəsi kimi istifadə ediblər. Bundan şifrələnmiş mesajlar göndərmək üçün istifadə etdikləri müəyyən olunub.

Məsələn:

Casuslar Kremlin hesabının paylaşdığı videoya "Çox gözəl bir video və mahnı da çox yaxşıdır" şərhini yazıblar. Kremlin hesabı isə "Şeytan kimi qaçır və oynayır"cavabını verib.

Alman müfəttişlərinin araşdırmalarına görə, bu ifadələr şifrələnmiş mesajları gizlətmək üçün xüsusi bir sistemə əsaslanıb. Videolardakı nöqtə və vergüllər əvvəlcədən razılaşdırılmış mətnləri kodlaşdırmaq üçün istifadə edilib. Bu üsul sayı stansiyaları kimi tanınan, onilliklər boyu casuslar üçün istifadə edilən radio dalğalarının yeni versiyası kimi qiymətləndirilir.

Casus cütlük necə yaxalandı?

Casus cütlük Almaniya xüsusi xidmət orqanları tərəfindən izlənilib. 2011-ci ilin oktyabrında onların evinə qəfil basqın edilib. Basqın anında Haydrun şifrlənmiş mesajı ötürmək üçün siqnal cihazından istifadə edib. O, qorxudan stoldan yıxılaraq cihazın bağlantısını qopardıb.

2013-cü ilin iyulunda Andreas 6,5 il, Haydrun isə 5,5 il həbs cəzası alıb. Onlara informasiya ötürən Niderland Xarici İşlər Nazirliyinin əməkdaşı isə 12 il həbs edilib.

Lakin 2015-ci ilin sonunda cütlük Rusiyaya deportasiya edilib. Bu hadisə casusların internetin imkanlarından necə faydalandığını və gizli əlaqə üçün kreativ üsullardan istifadə etdiyini göstərən nadir nümunələrdən biridir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->