Xəbər lenti

Ruslar döyüşə hazırlaşır
Dünya18:25 06.05.2014

Ruslar döyüşə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təxminən 50-yə yaxın rusiyameyilli separatçı Donetskdə yerləşən daxili qoşunların hissəsinə hücum etməyə hazırlaşırlar. 

ANS PRESS-in məlumatına görə, bu haqda "İnterfaks-Ukrayna" agentliyi xəbər verib. Xəbərlərə əsasən, hərbi hissənin rəhbərliyi hərbi qulluqçulara hücuma hazır olmağı əmr edib. Əsgərlər döyüşə hazırlıq vəziyyətində hissənin qapısı arxasında mövqe tutub.

Yerli insanların verdiyi xəbərlərə görə, terrorçular gülləkeçirməz jiletlər geyinərək bir-birinə Kalaşnikov avtomatları paylayır. Hazırda vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, Ukraynanın Slavyansk şəhərində bu gün keçirilmiş antiterror əməliyyatı nəticəsində 8 nəfər ölüb, 16 nəfər güllə yarası ilə xəstəxanalara yerləşdirilib. Yaralıların vəziyyəti ağır və orta ağır qiymətləndirilir.

Ukrayna DİN rəhbəri Arsen Avakovun verdiyi açıqlamaya əsasən, ötən gün keçirilmiş antiterror əməliyyatı nəticəsində 30-dan çox terrorçu öldürülüb.

Qaynar.info