Çerniqovda martın 23-nə keçən gecə rus işğalçıları şəhəri Kiyevlə birləşdirən Desna çayı üzərindən keçən avtomobil körpüsünə aviabombalar atıb.
Qaynarinfo xəbər verir ki, sosial şəbəkə istifadəçiləri dağılmış körpünün videosunu yayıblar.
Zərbə nəticəsində körpünün aşırımlarından birinin uçduğu görünür. Həmçinin, bu məlumatı Suspilnıya Çerniqov rəhbəri Vyaçeslav Çaus da təsdiqləyib.
Bu körpü Çerniqov üçün "həyat yolu"na çevrilmişdi. Çünki Çerniqovdan evakuasiya reysləri bu körpüdən keçir, şəhərə humanitar yardımlar gətirilirdi.
Minlərlə insan öz qorxu və riski hesabına müharibənin ilk günlərindən kənarında düşmənlərin yerləşdiyi Çerniqovun vilayət mərkəzini təkbaşına tərk edə bilimişdi.
Şəhərdəki vəziyyət
Ombudsman Lüdmila Denisovanın bir gün əvvəl dediyi kimi, indi Çerniqovun ətrafı rus qoşunları tərəfindən tamamilə, şəhərətrafı ərazilər isə 60% bombalanıb.
Bundan əlavə, əhalinin yarısı şəhəri tərk edib, qalanları (təxminən 130 min) - çoxlu xəstə və zəiflər şəhərdə qalırlar.
Martın 22-dən etibarən Çerniqovdan Kiyevə gedən çıxışlar minalanıb.
Yerli əhalinin işğalçıları tərəfindən işgəncələrə məruz qalma faktları, hədə-qorxu gəlmək cəhdləri və s. qeydə alınır.
Şəhərin son dərəcə ağır vəziyyətinə baxmayaraq, işğalçılarla əməkdaşlıq faktı yoxdur.
Alpər
<iframe width="640" height="360" src="https://player.qaynarinfo.az?v=6067&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">