Rus və Suriyalı hərbi mühəndislər İdlib vilayətinin Sayyat kəndi yaxınlığında yerləşən keçmiş terrorçu komandanlığını partladıblar.
Beləliklə, Suriya hökuməti özünü qanunsuz silahlı qrupların yeraltı sığınacaqlarından istifadə edən silahlılardan sığortalamış olub. Son bunker 1.5 min nəfərlik "Qürur Ordusu" tərəfindən istifadə edilib. Oradaca onların komanda məntəqəsi olub. Obyekt 2011-ci ildən bəri onların əlində olub.
Belə bir problemdən qurtulmaq üçün 1,5 ton partlayıcı maddə lazım olub və burada tapılan sursatdan detonator kimi də istifadə edilib.
Hərbçilərin dediyinə görə, prezident Bəşər Əsədin problemləri bununla bitməyəcək – orada hər 600 metrdən bir oxşar bunkerlər var.
Alpər