Xəbər lenti

Ruslar Jeleznı limana "Şahid” PUA-lar üçün iranlı təlimatçılar gətirdilər
Dünya11:59 12.10.2022

Ruslar Jeleznı limana "Şahid” PUA-lar üçün iranlı təlimatçılar gətirdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ruslar "Şahid-136” kamikadze pilotsuz təyyarələrini buraxmaq üçün müvəqqəti işğal olunmuş Xerson vilayəti və Krıma iranlı təlimatçılar gətirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Müqavimət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
"Yeraltı məlumatlara görə, iranlılar Jeleznı limanı, Qladovtsı (Xerson vilayəti) və Canköy (Krım) qəsəbələrində yerləşirlər.
"Onlar ruslara kamikadze pilotsuz uçan aparatlardan istifadə etməyi öyrədirlər və Ukraynanın mülki hədəflərinə, xüsusən Nikolayev və Odessaya hücumlara birbaşa olaraq pilotsuz təyyarələrin buraxılmasına nəzarət edirlər”, - deyilir.
İşğal zamanı rusların ələ keçirdikləri binalarda iranlı təlimatçıların yerləşdiyi qeyd olunur.
Xatırladaq ki, İran Rusiya Federasiyasına pilotsuz təyyarələrin verilməsini rəsmən rədd edir.
Alpər