Kiyevdə düşmən Podolski rayonunda yaşayış məntəqəsini atəşə tutub.
Qaynarinfo xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatında deyilir.
Xilasedicilər və həkimlər artıq hadisə yerində işləyirlər.
Yaşayış binalarına dəymiş ziyanın xarakteri, miqdarı və zərərçəkənlərin sayı dəqiqləşdirilir.
Xatırladaq ki, martın 17-də Kiyevdə vurulmuş Rusiya raketinin qalıqlarının yerə düşməsi nəticəsində çoxmərtəbəli binada dağıntı və yanğın baş verib. Bir nəfər ölüb, üç nəfər yaralanıb.
Alpər