
Bu gün Rusiyanın Volqoqrad şəhərində naməlum şəxs məscidin pəncərəsinə içində yandırıcı maye olan şüşə (“butılka”) atıb.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsindən açıqlama verilib.
Şüşə məscidin pəncərəsinə dəyərək sınıb. Məscidə ciddi zərər dəyməyib. Fakt üzrə cinayət işi qaldırılıb.