Xəbər lenti

Ruslar Ukraynada 60 nəfəri girov götürdü - VİDEO
Dünya19:10 08.04.2014

Ruslar Ukraynada 60 nəfəri girov götürdü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Luqansk vilayətində Rusiya meylli silahlı separatçılar Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yerli idarəsini ələ keçiriblər.

Məlumata görə, separatçılar dövlət idarəsi ilə yanaşı çoxlu sayda şəhər sakinini də girov götürüblər: “DTX-nin yaydığı açıqlamada bildirilib ki, terrorçular qurumun vilayət idarəsinin binasını minalamaqla yanaşı 60-a yaxın mülki şəxsi də girov götürüblər”. 

Ukrayna DTX separatçılardan təcili olaraq, girovların azad olunmasını tələb ediblər. Bu arada DTX-nın binasını ələ keçirən silahlı separatçıların video açıqlaması da yayılıb ("AzNews.az").