Xəbər lenti

Ruslar Ukraynanın cənubundakı taxıl terminalını vurdular
Dünya07:32 29.07.2023

Ruslar Ukraynanın cənubundakı taxıl terminalını vurdular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün ərzində ruslar Xerson vilayətinin işğaldan azad edilmiş ərazilərinə çoxsaylı hücumlar həyata keçirib. Onlar xüsusilə liman infrastrukturuna zərbələr endirib. 
Qaynarinfo xəbər verir ki, Xerson vilayət hərbi idarəsinin rəhbəri Aleksandr Prokudinin "Telegram"da verdiyi məlumata görə, ruslar son sutka ərzində 29 hücum həyata keçirib, minaatan, artilleriya, tank, aviasiya və PUA-lardan 126 mərmi atıb.
"Düşmən Xerson şəhərinə 11 mərmi atıb. Rusiya hərbçiləri rayonun yaşayış məntəqələrinin yaşayış massivlərini, Berislav vilayətinin taxıl terminalının ərazisini vurublar. Rusiyanın təcavüzü nəticəsində 4 nəfər yaralanıb", - o deyib.
Qeyd edək ki, iyulun ortalarında Rusiya Ukraynadan ərzaq məhsullarının "taxıl dəhlizi” ilə ixracını təmin edən "taxıl sazişi”ndən çıxdığını elan edib. "Taxıl müqaviləsi”nin iflasa uğraması Afrika ölkələrinin ərzaq təhlükəsizliyinə ciddi təhlükə yaradıb.
Müqavilədən çıxdıqdan sonra ruslar Ukraynanın liman infrastrukturuna və cənubdakı şəhərlərə fəal şəkildə zərbələr endirməyə başlayıblar.
Xüsusilə, iyulun 24-də ruslar Dunay çayı üzərindəki liman obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum edib. İyulun 27-nə keçən gecə onlar Odessa vilayətində liman administrasiyasının binalarından birinə hücum edərək mülki işçini qətlə yetirib. Nəticədə yük terminallarından birinin istehsalat avadanlığı sıradan çıxıb. Cəmi 9 gün ərzində ruslar 26 liman infrastrukturu obyektini, 5 mülki gəmini zədələyərək məhv edib.
Alpər