Xəbər lenti

Ruslar Ukraynanın Krasnoqorovka şəhərinə girdi - "Bild"
Dünya12:32 09.04.2024

Ruslar Ukraynanın Krasnoqorovka şəhərinə girdi - "Bild"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya qorşunları Donetsk vilayətinin Krasnoqorovka şəhərinə daxil olublar.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşrinin analitiki Julian Röpke açıq məlumatların, xüsusən də video yazıların təhlilinə istinadən yazıb. 
Krasnoqorovka Donetskdən 20 km qərbdə, Staromixailovka kəndi yaxınlığında yerləşir. Müharibədən əvvəl şəhərdə 15 minə yaxın insan yaşayıb.
Hadisə yerindən çəkilmiş kadrlara əsasən, rus qoşunları dəmiryol xəttini keçərək Marinka yaxınlığından cənub-şərqdən zirehli texnika ilə daxil olublar.
"Əksinə dəlillər ortaya çıxana qədər biz güman etməliyik ki, Rusiya onlarla qoşunu Krasnoqorovkanın cənubuna uğurla endirib və hazırda dəmiryol relslərinin cənubunda və şimalında bir neçə yaşayış məntəqəsini işğal edir”, - Röpke yazır.
Alpər