Xəbər lenti

Ruslardan Kadırov körpüsünə etiraz
Dünya15:53 19.06.2016

Ruslardan Kadırov körpüsünə etiraz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Peterburqda Çeçenistanın keçmiş prezidenti Əhməd Kadırovun adı verilən körpüdə onun "Nə qədər bacarırsız, o qədər rus öldürün" sözləri yazılmış banner asılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Sankt-Peterburq qubernatoru Georgi Poltavcenko körpüyə Kadırovun adının verilməsi ilə bağlı sərəncam imzalamışdı.
Qaynarinfo.az azadliq.org-a istinadən xəbər verir ki, Peterburq prokurorluğu bannerlə bağlı araşdırmaya başlayıb. Prokurorluq hesab edir ki, bu aksiya milli münasibətləri qızışdırmağa xidmət edir.
Şəhər sakinləri isə bu sərəncamla razı deyillər. Sərəncamın əleyhinə olan petisiyanı 90 mindən çox adam imzalayıb.
İyunun 18-də şəhər administrasiyasının qarşısında buna etiraz aksiyası da keçirilib. 
Qaynarinfo.az