Finlandiyanın "İltalehti” qəzetinin jurnalisti Matti Tanner rusların daşınmaz əmlakını milli təhlükə adlandırıb.
Qaynarinfo xəbər verir ki, onun fikrincə, Rusiya vətəndaşlarının daşınmaz əmlakı Finlandiyaya təsir kimi istifadə oluna bilər.
O həmçinin qeyd edir ki, bu əmlaklar "hərbi məqsədlər üçün” alına və daşınmaz əmlak əməliyyatları ölkəyə zərərli nəticələr verə bilər.
Qeyd edək ki, iyulun 6-da Rusiyanın Sankt-Peterburqdakı Finlandiya Baş Konsulluğunu bağlamağa hazırlaşdığı barədə məlumat yayılıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu tədbirlər 2023-cü ilin oktyabrından qüvvəyə minəcək.
Bundan sonra Finlandiya prezidenti Sauli Niinistö bildirmişdi ki, Rusiyanın konsulluğu bağlanması barədə açıqlaması Helsinki üçün tamamilə yeni bir şeydir. Onun sözlərinə görə, Finlandiya tərəfi belə reaksiya gözləmirdi.
O, həmçinin əlavə edib ki, Rusiya tamamilə fərqli ölçü açıb, baxmayaraq ki, Helsinki bu addımı əhəmiyyətli əks tədbir hesab etmir. Niinistö vurğulayıb ki, Finlandiya Moskvanın hərəkətlərinə öz cavabını hazırlayır.
Aydın