Xəbər lenti

Rusların hərbi karvanı məhv edildi, salamat qalanlar qənimət götürüldü (VİDEO)
Dünya19:00 26.02.2022

Rusların hərbi karvanı məhv edildi, salamat qalanlar qənimət götürüldü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarkovdan şimal-şərq istiqamətində rus hərbçiləri salamat qalan texnikanı buraxaraq gediblər. 
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, həmin yerdən video Ukrayna Milli Qvardiyasının səhifəsində yayımlanıb.
"Ukrayna Silahlı Qüvvələrinin tankçıları Xarkovdan şimal-şərq istiqamətində daxil olan Rusiya qoşunlarının karvanını darmadağın ediblər. Milli Qvardiyanın xüsusi təyinatlı qüvvələrinə əlavə kəşfiyyat aparmaq və düşmənin qalan qüvvələrini məhv etmək tapşırığı verilib. Salamat qalan hərbi texnika hərbi qənimət kimi götürülüb”, - mesajda deyilir.
Bu gün səhər saatlarında Xarkov vilayətində, İzyum-Xarkov magistralında silahlılar insanların olduğu sərnişin avtobusunu atəşə tutub.
Həmçinin Xarkovda özlərini xilasedici kimi təqdim edərək bomba sığınacaqlarına və müvəqqəti sığınacaqlara girərək guya insanları yoxlamaq üçün girən şəxslər barədə məlumatlar var.
 
Alpər
<iframe width="720" height="576" src="//1plus1.video/video/embed/4ROYYP7t" frameborder="0" allowfullscreen="" allow="autoplay; fullscreen">