
Xəbər verdiliyi kimi son günlər Milli Şurada toplaşan bir sıra partiyalar arasında gərginlik yaşanır.
Qaynar.info-nun verdiyi məlumata görə, bu gərginliyin nəticəsi olaraq ALP lideri Lalə Şövkət Milli Şuradan çıxıb.
ALP lideri Milli Şuradakı bəzi siyasi partiyalar haqqında bir sıra ittihamlar da səsləndirib. Onun ittihamlarına isə Milli Şurada təmsil olunan müxtəlif şəxslər tərəfindən cavablar verilib.
Bu gün Milli Şuranın sədri Rüstəm İbrahimbəyov məsələ ilə bağlı "Mediaforum"un suallarını cavablandırıb.
R.İbrahimbəyov jurnalistin "Lalə Şövkətin narazılığı nə ilə əlaqəlidir?" sualına belə cavab verib: "Narazılığı var və çox əsaslıdır, köklü səbəbləri var. Narazılığın nədən ibarət olmasını açıqlamıram, özləri istəyirlərsə, narazılığın nə olduğunu desinlər. Amma mən Lalə Şövkətin tərəfindəyəm".
Qaynar.info