Xəbər lenti

Rüstəm Muradov: "Mina xəritələrini şəxsən Azərbaycana təhvil verdim"
Siyasət08:10 04.07.2021

Rüstəm Muradov: "Mina xəritələrini şəxsən Azərbaycana təhvil verdim"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şəxsən Qarabağdakı silahlı qarşıdurma zamanı erməni birləşmələri tərəfindən iki rayonun minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təhvil verdim. Öz növbəsində, Azərbaycan 15 erməni hərbçisini sərbəst buraxdı”.
Bu fikirləri Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bir qrup erməni hərbi əsirin təyyarə ilə İrəvana təhvil verilməsindən sonra mətbuata açıqlayıb.
General bildirib ki, Rusiya Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsini təmin etmək üçün fəaliyyəti davam etdirəcək.