
Azadlığa buraxılan Abdullah Oğuz Bayrakdarın 7 min 600 dolları özünə təhvil verilib
Tükiyənin meşə və şəhərsalma naziri Ərdoğan Bayrakdarın dekabrın 17-də rüşvətxorluq əməliyyatı zamanı yaxalanan oğlu Abdullah Oğuz Bayrakdarın pulları geri qaytarılıb.
ANS PRESS-in Doğan xəbər agentliyinə istinadən verdiyi məlumata görə, rüşvət əməliyyatı zamanı saxlanılan və üç gün sonra azadlığa buraxılan Abdullah Oğuz Bayrakdarın 7 min 600 dolları özünə təhvil verilib.
Qeyd edək ki, ötən ilin dekabr ayının 17-də rüşvət qalmaqalına görə saxlanılan Abdullah Oğuz Bayrakdar üç gün sonra, dekabrın 21-də məhkəmə qərarı ilə azadlığa buraxılmışdı. Polis axtarış zamanı onun ofisindən 7 min 600 dollar müsadirə olunmuşdu.
Bu hadisədən sonra nazir Ərdoğan Bayrakdar oğlu Abdullah Oğuz Bayrakdarın və daha bir neçə nəfərin barəsində həbs - qətimkan tədbirinin seçilməsinə əsas olmadığından sərbəst buraxıldığını bildirib.
Nazir bəyan edib ki, rüşvət işində adı keçən aadmlardan heç birinin onunla əlaqəsi yoxdur: “Oğlumun və iş yoldaşlarımın məsum olduğuna inancım tamdır”.