Xəbər lenti

Rüşvətxor məmuru zibil yeşiyinə saldılar - VİDEO
Dünya06:00 09.09.2014

Rüşvətxor məmuru zibil yeşiyinə saldılar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Odessanın sağ sektorunun fəalları Sosial Sığorta Fondunun bölgə şöbəsinin direktor vəzifəsini icra edən Oleq Rudenkoya yaxşı dərs veriblər.

ANS PRESS-in məlumatına görə, elə həmin həftə Oleq Rudenko 558 min qriven (34 min AZN) rüşvət aldığı zaman Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən  saxlanılmışdı.

O, səhiyyə müəssələrindən dövlət tərəfindən uşaqların istrahəti üçün ayrılan pulun geri qaytarılmasını tələb edib və buna göz yummaq qarşılığında rüşvət almışdı.  Rudenko 600 min qriven (36780 AZN) cəriməni ödədikdən sonra həmin vəzifədə fəaliyyətini davam edib.

“Sağ sektor"un fəalları dövlətdən oğurluq edən məmur üçün zibil qutusunda iş kabineti düzəltdiklərini deyərək onu zibil yeşiyinin içinə atıblar.

Aksiyanın videoyazısını təqdim edirik.

Qaynar.info