"İrakli Qaribaşvili bir müddət SOCAR-ın Gürcüstanda həyata keçirdiyi böyük layihələrinin dəstəkçisi olub"
"Mən düşünmürəm ki, Gürcüstandakı hökümət dəyişikliyi bizim əməkdaşlığımızda fərq yaradacaq". Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib.
Onun sozlərinə görə, ARDNŞ beynəlxalq şirkətdir və işlərini də beynəlxalq qanunlara uyğun aparır:
"Bizim gördüyümüz işlər və apardığımız layihələr qanunlarla bağlıdır. Mən düşünmürəm ki, Gürcüstandakı hökümət dəyişikliyi bizim əməkdaşlığımızda fərq yaradacaq. Dəyişiklik var. Stabil hökümətdir. İvanaşvili yeni baş nazirə səlahiyyətlərini verib. Bizim Gürcüstanın yeni baş naziri İrakli Qaribaşvili ilə əvvəllər çox sıx əlaqələrimiz olub. O, bir müddət SOCAR-ın Gürcüstanda həyata keçirdiyi böyük layihələrin dəstəkçisi idi. İnanırıq ki, bundan sonra da yeni hökümətin başçısı kimi İrakli Qaribaşvili ilə əməkdaşlığımız sıx şəkildə dəvam edəcək."