Xəbər lenti

Rövnəq Abdullayev: "Benzinin qiyməti arta bilər"
Ekonomiks19:04 18.04.2015

Rövnəq Abdullayev: "Benzinin qiyməti arta bilər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"SOCAR-ın Gürcüstana satdığı təbii qazın qiymətində artım gözlənilmir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda satdığı yanacaq məhsullarının qiymətinin artması ilə bağlı məlumatların heç bir əsası yoxdur”. Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib.
R.Abdullayev bildirib ki, SOCAR-ın Gürcüstana satdığı təbii qazın qiyməti Azərbaycan və Gürcüstan dövlətləri arasında imzalanan saziş əsasında tənzimlənir. Təbii qazın təminatında bahalaşma gözlənilmir: “Benzinin qiymətinin artması və yaxud azalması isə bazardan asılıdır. Bazarın tələbinə uyğun olaraq bu qiymətlər arta və ya azala bilər”.
Qaynar.info