Fevralın 3-də Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən iki nəfər “qanuni oğru” da daxil olmaq 17 nəfər saxlanılıb.
Aznews.az xəbər verir ki, “Qanuni oğru”lar Gürcüstan vətəndaşları 53 yaşlı Georgi Uqlava (Taxi) və 39 yaşlı Kaxaber Parpaliyadır (Kaxa).
Axtarış zamanı Taxanın üzərindən başqa şəxsin adına olan pasport tapılıb. O, Baykalətafı ərazilərdə bir sıra cinayətlər törətməkdə şübhəli bilinir. Hazırda Taxa zor tətbiqetməklə pul mənimsəmək şübhəsi ilə saxlanılıb.
Bundan əlavə “avtoritet”lərdən birinin mühafizəçisində qanunsuz silah aşkarlanaraq götürülüb. Onun barəsində “qanunsuz silah dövriyyəsi” maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, “qanuni oğru”lar Georgi Uqlava və Kaxaber Parpaliya Rövşən Lənkəranskinin dostlarıdır.
Qaynar.info