
Avropol təşkilatı bir neçə Avropa ölkəsində avtoritetlərə qarşı irimiqyaslı əməliyyatlar keçirib.
Qaynar.info-nun məlumatına görə, həmin əməliyyatlar nəticəsində Macarıstanda gizlənən Kutaisi klanının rəhbəri Merab Canqveladze (Merab Suxumski) ələ keçib.
O, rus mafiyasının kralı hesab olunan Aslan Usoyanın (Ded Xasan) ən böyük düşmənlərindən hesab olunurdu.
51 yaşlı Merab Suxumski İtaliyada 48 saat ərzində törətdiyi qanunsuz əməllərinə görə həbs olunub. Lakin avtoritet Rusiyaya ekstradisya olunmayacaq. Çünki rus qanunları kriminal avtoriteti "təmiz" hesab edir.
Suxumski ilə yanaşı Çexiya, Portuqaliya, Fransa, Macarıstan və Litvada aparılan əməliyyatlar zamanı 13 gürcü avtoriteti həbs olunub.
Qeyd edək ki, Merab Suxumski yanvarın 16-da Moskvada snayperlə vurulan Ded Xasanın ən böyük rəqiblərindən biri idi.
Rus hüquq-mühafizə orqanları bildiriblər ki, Suxumski əvvəlcə Rövşən Lənkəranskinin əli ilə Ded Xasanı aradan götürüb. Daha sonra irimiqyaslı kriminal müharibə başlayanda Ded Xasanın klanı ilə əlaqə yaratmaq üçün özü Rövşənin ölüm əmrini verib.
Qaynar.info