Tanınmış müğənni Röya Ayxan Salyanın Qaraçala qəsəbəsində istixana biznesinə başlayıb.
Ölkə.az-ın əldə etdiyi məlumata görə, müğənni istixana biznesinə Naxçıvandan olan iş adamı ilə şərik qoşulub.
Qəsəbə sakinləri bildirib ki, son günlər müğənni Röya Ayxan Qaraçala qəsəbəsinə tez-tez gəlib gedir.
“Röya Ayxan bayram ərəfəsində də qəsəbəyə gəlmişdi. O, burada istixana biznesi ilə məşğul olur. Sağ olsun, nə qədər sakinə də əmək haqqı verir”, - deyə qəsəbə sakinləri bildirib.
Qaynar.info