Xəbər lenti

Röyaları gerçəkləşdirən gəmi - "Titanik 2" gəlir (FOTOLAR)
Dünya11:44 28.02.2013

Röyaları gerçəkləşdirən gəmi - "Titanik 2" gəlir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəmi 2016-cı ildə suya buraxılacaq

ANS PRESS-in məlumatına görə, avstraliyalı milyarder Kliv Palmer ötən gün Nyu-Yorkda mətbuat konfransı keçirib. O, 1912-ci ildə bataraq 1514 nəfərə məzar olan "Titanik" gəmisinin oxşarı olan "Titanik 2"nin 2016-da yola çıxacağını açıqlayıb. Palmer yaxın günlərdə Çində inşasına başlanılacaq "Titanik 2" gəmisinin orjinalı kimi İngiltərənin Southempton limanından Nyu-Yorka gedəcəyini açıqlayıb. Onun sözlərinə görə, gəmi orjinalından daha təhlükəsiz olacaq. 

"“Titanik" röyaların gəmisi idi. "Titanik 2" isə röyaları gerçəkləşdirən gəmi olacaq”.Gəminin lüks hissəsində sərnişinlərin türk hamamı,üzmə hovuzunda istirahət edə biləcəklər. 

Əsl "Titanik"in 269 metr olduğu halda, onun bənzəri daha uzun - 269.138 metr olacaq. Əslindən fərqli olaraq "Titanik-2"də canqurtaran qayıqlarında sayı daha çox olacaq. 

Bu gəmi 2435 sərnişin tutumuna malik nəzərəd tutulub. Hələlik tarixin ən məşhur gəmisinin yenidən inşaasının neçəyə başa gələcəyi açıqlnmayıb. 

Qaynar.info