Xəbər lenti

Ryanair rəhbəri: Protaseviçun uçduğu təyyarədə Belarus KQB agentləri vardı
Dünya13:55 24.05.2021

Ryanair rəhbəri: Protaseviçun uçduğu təyyarədə Belarus KQB agentləri vardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ryanair-in rəhbəri Maykl O'Liri NEXTA telegram kanalının qurucusu, Belarus prezidenti Alexander Lukaşenkoya müxalif olan Roman Protaseviçin uçduğu təyyarənin Minskə endirilməsini "dövlət səviyyəsində qaçırma" adlandırıb. 
Qaynarinfo xəbər verir ki, irlandiyalı iş adamının sözlərinə görə, Belarus səlahiyyətliləri dövlət tərəfindən maliyyələşdirilən hava piratlığına görə məsuliyyət daşıyırlar. "Bu barədə daha ətraflı danışa bilmərəm, çünki bu anda Avropa Birliyi və NATO səlahiyyətliləri bu məsələ ilə məşğuldurlar", - biznesmen deyib.
O'Lirinin məlumatına görə, Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) agentləri də Belarusun paytaxtına eniblər.
"Aydındır ki, respublika rəhbərliyinin məqsədi müstəqil jurnalisti və yoldaşını həbs etmək olub", - aviaşirkətin rəhbəri bildirib.
O'Liri bomba xəbərdarlığndan sonra Minskə enməyə qərar verdiyinə görə Afina-Vilnius reysinin heyətinin günahlandırılmasını səhv adlandırıb. Onun sözlərinə görə, pilotlar uçuşu etibarlı bir şəkildə başa çatdırmaq üçün mümkün olan hər şeyi ediblər - üstəlik, Lukaşenkonun əmri ilə təyyarəni endirmək üçün havaya bir qırıcı təyyarə qaldırılıb.
İrlandiya Xarici İşlər naziri Saymon Kouveni öz növbəsində laynerin "bomba" haqqında siqnal aldığı vaxt Minskə nisbətən Vilnüsə çox yaxın olduğunu təsdiqləyib.
Litva hakimiyyəti artıq təyyarənin qaçırılması ilə bağlı maddəyə görə hadisəni araşdırmağa başlayıb.
Belarus hakimiyyəti Protaseviçi "kütləvi iğtişaşlar" təşkil etməkdə günahlandırır. Qurduğu Telegram kanalı belarusların Lukaşenkoya qarşı kütləvi etirazlarından bəhs edib.
Alpər