Xəbər lenti

Röyanın təxirə düşən konserti nə vaxt olacaq?
Maqazin21:20 24.03.2022

Röyanın təxirə düşən konserti nə vaxt olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Röya Ayxanın iki il əvvəl təxirə düşən "Nazlı” adlı solo konserti sentyabrda baş tutacaq.
Bu barədə müğənni özü məlumat yayıb.
O bildirib ki, bu ilin sentyabrında dörd günlük konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, sənətçinin konserti 2020-ci ilin 6, 7, 8 və 9 mart tarixlərində keçirilməsi planlaşdırılırdı.
Lakin həmin dövrdə  koronavirusun qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq konsert təxirə salınıb.