
Türkiyədə 17 dekabr rüşvət və korrupsiya qalmaqlı çərçivəsində həbs olunan iş adamı Rza Zərrab fevralın 25-də azadlığa buraxılacaq.
Ans Press-in xəbərinə görə, bu iddia Cümhuriyyətçi Xalq Partiyasının (CHP) sədr müavini, millət vəkili Gürsel Tekin çıxış edib. Tekin iştirak etdiyi tədbirdə hökumətə qarşı iddialar səsləndirib.
“Bu ölkəni soyan adam bu gün azadlığa buraxılıb. Burdan tarix verirəm. Fevralın 25-də Rza Zərrab da azadlığa buraxılacaq. Mən bir şeyi tələb edirəm. Cəsarətiniz varsa, 76 milyona hörmətiniz varsa Rza Zərrabın ofisinə girib-çıxanların videogörüntülərini ictimaiyyətlə paylaşın. O görüntüləri görənlər siyasətə nifrət edəcəklər”.
Qaynar.info