ABŞ-da həbsdə olan Cənubi Azərbaycan əsilli Türkiyə vətəndaşı biznesmen Rza Zərrab barədə növbəti iddia irəli sürülüb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, biznesmenin 60 yaşlı qaradərili kamera yoldaşı Zərrab tərəfindən təcavüzə uğradığını iddia edərək onu məhkəməyə verib. 2016-cı ilin noyabr ayından 2017-ci ilin martına qədər Zərrabla eyni kamerada qalan Afrika əsilli bu şəxs "Çarəsiz idim və məndən gənc birinə qarşı çıxa bilmədim. Həmçinin utanırdım və şikayət etməkdən qorxdum. Zərrab 8 martda təkrar təcavüzə cəhd etdi və mən qışqıraraq kömək istədim və məsələ ortaya çıxandan sonra şikayətlə müraciət etmək qərarına gəldim" deyib.
Həmin şəxs Rza Zərrabın ona xüsusi vəkil tutmaq üçün pul təklif etdiyini iddia edərək Afrikadakı ailəsinə göndərdiyi pulların sənədlərini məhkəməyə təqdim edib.
Qeyd edək ki, şikayətçi şəxsin vəkili Aleksey Şaxt həbsxana üzvlərinin hadisə ilə bağlı sübut əldə etmədiklərini və buna görə də istintaq prosesinin dayandırıldığını deyib. Həbsxana rəsmiləri məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. Rza Zərrabın vəkili Robert J. Anello isə bu iddianı böhtan adlandırıb.
Rza Zərraba qarşı təcavüz ittihamı ilə çıxış edən şəxsin Fil Dişi Sahilindən olan 61 yaşlı Fauzi Jaber olduğu məlum olub.
Gülşən