
Dekabrın 17-də İstanbulda keçirilən əməliyyat zamanı həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabla bağlı şok faktlar üzə çıxıb.
Qaynar.info türk mətbuatına istinadən xəbər verir ki, çirkli pulların yuyulması, korrupsiya və rüşvət cinayətləri ilə yanaşı Rza Zərraba qarşı əxlaqsızlıq ittihamı da irəli sürülüb.
Rza Zərrabın İstanbulda Birləşmiş Ərəb Əmirliyinin bir naziri və polis rəisi üçün fahişə sifarişi etdiyi məlum olub. Həmin fahişələrdən biri haqqında Zərrab, "Mənə gələcək. Sırf mənə xidmət edəcək" deyib.
Fahişələrin sifarişini Rza Zərrabın yaxın adamı Yücel Özçil edib.
Qaynar.info