Xəbər lenti

Rza Zərrabın Ebru Gündəşə milyon dollarlıq hədiyyələri - FOTOLAR
Dünya11:57 20.12.2013

Rza Zərrabın Ebru Gündəşə milyon dollarlıq hədiyyələri - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Korrupsiya əməliyyatının mərkəzində adı hallanan Azərbaycan əsilli işadamı Rza Zərrabın həyat hekayəsi maraqlı məqamlarla boldur. Türkiyə onumüğənni Ebru Gündəşin həyat yoldaşı kimi tanıyıb. Evliliklərindən buyana Rza Zərrab Ebru Gündəşə verdiyi sərvət dəyərində olan hədiyyələriilə medianın diqqət mərkəzində olub.
ANS PRESS azərbaycanlı iş adamının milyonlarla dollar qiyməti olan hədiyyələrindən bəzilərini təqdim edir.



Qızı Alaranı dünyaya gətirdiyinə görə, Kanlıca da 40 milyon dollardəyərində iki villa (yalı), yollara tökülən tonlarla güllər, “Sapfir”göydələnində 4 milyon lirə dəyərində mənzil, 1 milyon 850 min lirəlikbağ evi, Dubayda ev Ebru Gündeşə əri tərəfindən verilən hədiyyələrdənbəziləridir.





Zərrab Ebru Gündəşə toy hədiyyəsi olaraq 520 min lirəlik “BMW 7.60”alıb. Maşının sadəcə nömrəsində “EBR” seriyasına 50 min dollar pulsayılıb. Bayramda Kiprdə səhnəyə çıxan Ebru Gündəş 60 min lirə qazanıb.Amma, əri onun Kiprə getməsi üçün 80 min lirəyə təyyarə icarəyə götürüb.

Hətta korrupsiya əməliyyatından 1 gün əvvəl hərraca qatılmış, NəzmiZiyanın “Sənətçinin Evi” adlı tablosunu 1 milyon 50 min lirəyə alıb.



Rza Zərrab 1984-cü ildə Bakıda varlı bir ailədə dünyaya gəlib. Ailəzərgərlik və benzin ticarəti ilə məşğul olub. Tərkibində 6 fərqli şirkətolan “Royal” dəniz şirkətinin sahibidir. Biznesmenin adı EbruGündəşdən əvvəl Azəri qızı Günellə hallanıb.

Günel Zeynalova ilə uşaqlıq sevgisi Rza Zərrabın 8 illik münasibətləri2008-ci ilin sentyabr ayında bitirib. İş adamı Ebru Gündəşə aşiq olub.“Ebru Gündəş dəli kimi aşiq olduğum, uğruna canımı verəcəyim qadındır.Ömür boyu birlikdə yaşamaq qərarına gəlmişik. Günel ilə 8 il birlikdəkeçirdik. Amma, mən illərdir Ebru Gündəşə platonik olaraq aşiq idim.Bunu Günel də bilirdi”,-deyə açıqlamasında bildirib.

Xatırladaq ki, Zərrab Ebru Gündəşə “Challenger 300” tipli şəxi təyyarəvə ‘El Ganador" adlı ingilis yarış atı da hədiyyə etmişdi.Adıçəkilənlərdə müsadirə olunan əmlakları sırasına daxildir.