Xəbər lenti

S-400 “qatilləri” artıq Ukraynada
Dünya13:02 09.08.2022

S-400 “qatilləri” artıq Ukraynada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqon Rusiyanın S-400 kimi zenit radiolokasiya sistemlərini məhv etmək üçün AGM-88 (HARM) yüksək sürətli raketlərinin Ukraynaya təhvil verildiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazıb.
Telekanal aydınlaşdırıb ki, amerikalılar ilk dəfədir daşınması açıqlanmayan mərmilərin Kiyevə göndərilməsini rəsmən etiraf ediblər.
Vaşinqton Ukrayna təyyarələri üçün "bir sıra” AGM-88 raketləri göndərib. Bu barədə ABŞ Müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahl bildirib. Lakin onların dəqiq sayını və çatdırılmanın nə vaxt baş verdiyini açıqlamayıb. Onun sözlərinə görə, bu silahlar Kiyevə son hərbi yardım paketlərinin bir hissəsi olub.
"Qısa müddətli perspektivdə Ukrayna Hərbi Hava Qüvvələrinin havada qalması və döyüşə daha hazır olması üçün çox işlər görürük”, deyə Kahl əlavə edib.
"Raytheon” şirkətinin istehsalı olan HARM raketləri ukraynalıların əlində olan ən uzun mənzilli ABŞ silahlarından biridir. Onların məsafəsi 48 kilometrdən çoxdur. Mərmilər həmçinin Ukrayna artilleriyasını hədəf almaq üçün istifadə edilən Rusiyanın batareya əleyhinə radarlarına qarşı da istifadə oluna bilər.
Nizami Bağırov