Eks-prezident Mixeil Saakaşvili feysbuk səhifəsində Gürcüstanda olduğunu təsdiq edən video paylaşıb.
Qaynarinfo xəbər verir ki, videoda Batumi şəhəri əks olunub.
"Bu, mənim Batumimdir... Həyatımla risk edib buraya gəldim”, - o yazıb.
M.Saakaşvili hamını sabah keçiriləcək yerli seçkilərdə iştiraka, oktyabrın 3-də isə mitinqə çağırıb.
09:23
"Sabahın xeyir, Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”.
Qaynarinfo xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, sabiq dövlət başçısının oktyabrın 2-də Gürcüstana gedəcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı.
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=2695" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">