Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, o, dövlət başçısı olarkən gizli şəkildə Londona uçub və orada Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Belə görüşlərdə o, Belarus liderini Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımamağa inandırıb.
Qaynarinfo xəbər verir ki, o bu barədə Tbilisi Şəhər Məhkəməsinin iclasında bildirib.
"Londonda Lukaşenko ilə dörd gizli görüş keçirdim. Bu, gizli diplomatiya idi, - Saakaşvili deyib. - Cənubi Osetiya və Abxaziyanın Lukaşenko tərəfindən hələ də tanınmaması mənim Londona səfərlərimin nəticəsidir”.
Eyni zamanda, siyasətçi Lukaşenko ilə gizli görüşlərinin dəqiq tarixlərini açıqlamayıb. Onun sözlərinə görə, uçuşları ilə bağlı məlumatların məxfi olması səbəbindən bunu edə bilmir.
Xatırladaq ki, bu gün Tbilisi Şəhər Məhkəməsi Saakaşviliyə qarşı 9 milyon lari (təxminən 3 milyon dollar) məbləğində büdcə vəsaitinin mənimsənilməsi ilə bağlı işə baxır.
Alpər