
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanı Rusiya prezidenti Vladimir Putinin oğurladığı təyyarəyə oxşadıb.
Qaynar.info xəbər verir ki, Saakaşvili bu barədə özünün Facebook səhifəsində yazıb.
"Ukraynadakı hadisələr mənə böyük bir təyyarəni xatırladır. Həmin təyyarəni bir terrorçu girov götürərək kapitandan istiqaməti dəyişməyi tələb edir" deyə Saakaşvili bildirib.
Keçmiş prezident həmin terrorçunu Vladimir Putinə, təyyarədəki sərnişinləri də Ukrayna xalqına bənzədib.
Qeyd edək ki, Mixail Saakaşvili "Evromaydan"da keçirilən aksiyalara dəstək vermək üçün Kiyevdədir.
Qaynar.info