
Gürcüstan prezidenti Mixail Saakaşvili keçmiş SSRİ rəhbəri İosif Stalinin Qoridə heykəlinin qoyulmasına qarşı çıxıb.
Qaynar.info-nun gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, Saakaşvili bu açıqlamanı Polşada səfərdə olarkən verib.
Gürcüstan prezidenti Stalini gürcü dövlətçiliyinə qarşı cinayət törətməkdə ittiham edib və onu anti-gürcü adlandırıb.
"Millətə qarşı barbar hərəkətlər edən bir anti-gürcünün heykəlinin bərpa edilməsi Gürcüstanın beynəlxalq izolyasiyasına gətirib çıxara bilər" deyə prezident bildirib.
Saakaşvili açıqlamasında baş nazir Bidzina İvanişvilini heykəllə bağlı qərara təkrar baxmağa çağırıb.
Qaynar.info