
Dekabrın 2-də Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevə yola düşüb.
Qaynar.info xəbər verir ki, bu barədə Tiflisdə nəşr olunan "Квирис кроника" qəzeti məlumat yayıb.
Qəzetin yaydığı məlumatda bildirilir ki, Saakaşvili Ukrayna paytaxtında Acarıstanın keçmiş lideri Levan Varşalomidze ilə birlikdədir.
Qeyd edək ki, bir müddət əvvəl gürcü mətbuatı Mixail Saakaşvilinin ölkədən qaçması ilə bağlı məlumat yaymışdı.
Qaynar.info