Xəbər lenti

Saakaşvili və Yuşşeno ayaqları ilə üzüm əzdilər - VİDEO + FOTOLAR
Dünya05:30 21.09.2013

Saakaşvili və Yuşşeno ayaqları ilə üzüm əzdilər - VİDEO + FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili ilə üzüm yığımında iştirak edib.

Musavat.com Mixail Saakaşvilinin Facebook səhifəsinə istinadən xəbər verir ki, Yuşşenko Gürcüstan prezidentinin Kvarelidəki (Kaxeti) bağ evində qonaq olub.

Hər ilk üzüm yığımı zamanı Mixail Saakaşvili bu bağ evində qonaqlarını qəbul edir. Onların arasında xarici siyasətçilər, eləcə də, keçmiş dövlət başçıları olur.

Məhsul yığımından sonra Mixail Saakaşvili və qonaqları ənənəyə uyğun olaraq ayaqları ilə üzüm əziblər və köhnə gürcü mahnılarını ifa ediblər.

Qaynar.info