
Ukraynanın Odessa vilayətinin qubernatoru Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin aylıq maaşı bəlli olub.
ANS PRESS-in məlumatıhna görə, bu haqda "Ukraynskaya pravda" nəşrinin saytında öz bloqunda politoloq Qleb Kanevski xəbəe yayıb.
Saakaşvilinin aldığı maaşın məbləğini dövlət administrasiyası aparatının rəhbəri Vladimir Kulakov politoloq Qleb Kanevskinin sorğusuna cavab olaraq açıqlayıb.
Mixail Saakaşvilinin aylıq vəzifə maaşı 5644 qrivna (təxminən 280 AZN və ya 267 dollar) təşkil edir. Politoloq Saakaşvilinin maaşı ilə əlaqədar müvafiq sənədi də bloqunda dərc edib


