
Gürcüstanın "Demokratik hərəkat" müxalifət partiyasının lideri Nino Burcanadze Gürcüstan prezidenti olmaq istəyir.
ANS PRESS-in verdiyi məlumata görə, müxalifət partiyasının rəhbəri seçkiqabağı kampaniyaya başlayıb.
Onun sözlərinə görə, 2012-ci ilin oktyabr ayında parlament seçkilərindən başlayaraq "Demokratik hərəkat" partiyası böyük işlər görüb və indi isə aktiv seçkiqabağı kampaniyaya başlayır. Burcanadzenin seçkiqabağı qərargahına Samsxe-Cavaxeti regionunun sabiq qubernatoru rəhbərlik edəcək.
Qaynar.info