Xəbər lenti

Saakaşvilinin hərbçi dostu dənizdə boğuldu
Dünya14:00 02.07.2015

Saakaşvilinin hərbçi dostu dənizdə boğuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin dostu, Ukrayna silahlı qüvvələrinin tərkibində Donbass yaraqlılarına qarşı döyüşən hərbçi Kote Laşxia dənizdə boğularaq dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Saakaşvili özünün Facebook səhifəsində yazıb:

“Kote mənim ən yaxşı dostlarımdan biri idi. Onun hamilə həyat yoldaşı və bir uşağı qaldı”.

Gürcüstanın sabiq prezidenti son günlər döyüşlərdə 3 gürcünün öldüyünü də xatırladıb: “Hazırda Ukraynanın bütövlüyü uğrunda yüzlərlə gürcü yaraqlılara qarşı vuruşur”. 

Qaynar.info